Belçikada Möhtəşəm Cümhuriyyət Günü keçirilib

Belçikanın Limburq dairəsində yerləşən Genk şəhərində Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 92 illiyi təntənə ilə qeyd edilib. Bu haqda məlumatı Lumburq Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirçi verib. Ayhan bəy bildirib ki, tədbir əvvəlcədən planlaşdırılmış proqramla davam edib.

 Belçika türklərindən təşkil olunan Rengers Futbol klubu ilə Hollandiya fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin futbol klubu Azərbaycan adı ilə meydana çıxıblar. Bununla bərabər, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti ayrıca bir çadır quraraq, insanlara Azərbaycanı tanıtan kitab və broşürlar təqdim ediblər. Bundan sonra Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəqs ansamblı,türkiyədən qonaq gəlmiş müğənnilər öz ifaları ilə insanları əyləndiriblər.

Tədbiri giriş sözü ilə Ayhan Dəmirçi açaraq ilk öncə iştirakçıları cümhuriyyə gününü  təbrik etdikdən sonra, belə bir tədbirin avropanın mərkəzi sayılan Belçikada keçirillməsi əlamətdar hadisə olduğunu qeyd edərək, ADR-in xalqımızın milli şüurunda dərin kök saldığını, milli dövlətimizin qurucularının xidmətlərini qeyd edərək, istiqlal şairi Əhməd Cavadın həyat fəaliyyəti haqqında danışaraq, 1920-ci ildə ADR süqut etsədə, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin uzaqgörənliklə söylədiyi kimi, "Bir Kərə Yüksələn Bayraq, Bir Daha Enməz!” kəlamını sovet imperiyası məhv edə bilmədi. Tarixdə sübut etdi ki, Azərbaycan xalqının azadlıq,istiqlalçılıq şüuruna son qoymaq mümkün deyil. 1991 ci ildə Azərbaycan xalqı yenidən azadlığını eldə etdi. Bu, hadisə xaricdə yaşayan Azərbaycan türkləri arasında birliyin dahada güclənməsinə təsir etdi.Tədbirdə qonaq qismində iştirak edən, Türkiyə Cümhuriyyətinin Anverisdə fəaliyyət göstərən baş konsolu Deniz Cakar və Azərbaycanın Belçikada səfirliyinin birinci katibi Ayaz Qocayev Ayhan Dəmirçi ilə görüşərək, belə bir tədbir təşkil etdiyi üçün öz təşəkkürünü bildiriblər və bu, cürnə tədbirlər türk millətinin birliyinə, azərbaycanın tanıdılmasına xidmət etdiyini çatdırıblar. Azərbaycan-Türkiyə "Bir Millət, İki Dövlət” olduğunu və belə tədbirlər iki qardaş xalq arasında əlaqələrin dahada güclənməsini təkan verdiyini bildiriblər.

Tədbirdə öz folklar, idman ekipi ilə iştirak edən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin başqanı İlhan Aşkın çıxış edərək, belə tədbirlər xaricdə yaşayan soydaşlarımızın birləşməsinə və onlar arasında mədəni-mənəvi birliyin yaranmasına xidmət etdiyini, bundan sonrada Azərbaycan-Belçika Dostluq Cəmiyyəti ilə birgə möhtəşəm tədbirlərin keçiriləcəyini arzulayıb.

 Xüsusilə tədbirdə diqqət çəkən məqamlarından biridə oldu ki, hər iki komanda yarışa başlamamışdan öncə Ayaz Qocayev və Dəniz Çakır dostluq,qardaşlığın rəmzi olan topu ilk olaraq özləri vurdular. Bu, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.


Sonda Ayhan Dəmirçi bu, tədbirin baş tutmasında ona öz mənəvi köməkliyini göstərdiklərinə görə,İlhan Aşkına, Ayaz Qocayeva, Dəniz Çakıra və tədbirdə iştirak edən insanlara öz təşəkkürünü bildirdikdən, bundan sonrada belə tədbirlərin davamlı olacağını çatdırdı.

 

Elnur Eltürk









tebdirin fotolari http://picasaweb.google.be/info.gundem/Eg?feat=directlink#




Yorumlar (0)Add Comment

Yorum Yazın
Yorum ekleyebilmeniz için giriş yapmanız gerekiyor. Henüz bir hesabınız yoksa lütfen kayıt olun.

busy